Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində 187 vətəndaş yaralanıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
O qeyd edib ki, zəlzələ nəticəsində həyatını itirən olmayıb.
***16:35
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 94 nəfər yaralanıb.
Bu barədə Elazığ valisi Numan Hatipoğlu bildirib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində eyni zamanda iki bina ziyan görüb.
Zəlzələ ilə əlaqədar ölkənin Malatya, Elazığ, Şanlıurfa, Batman ve Adıyaman vilayətlərində tədris prosesi bir günlük dayandırılıb.
***13:05
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində üç bina qismən çöküb.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X"-də etdiyi paylaşımda bildirib.
O qeyd edib ki, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər birində bir bina qismən çöküb.
Nazir bildirib ki, insan itkisi barədə məlumat hələ ki yoxdur.
A.Yerlikanın sözlərinə görə, zəlzələ ilə əlaqədar indiyə kimi 112 qaynar xəttinə 374 müraciət daxil olub.
***12:08
Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ Malatya vilayətində qeydə alınıb.
Təbii fəlakət ətraf ərazilərdə də hiss edilib.
Ölkənin daxili işlər naziri Ali Yerlikaya zəlzələ barədə "X" hesabındakı paylaşımında bildirib ki, aidiyyəti qurumlar AFAD-la birgə ərazi araşdırmalarına başlayıb.