Türkiyədə genişmiqyaslı əməliyyat: MİNLƏRLƏ SAXLANILAN VAR - VİDEO

Türkiyədə lisenziyasız silah daşıyan şəxslərə və silah qaçaqmalçılarına qarşı “Mercek-9” əməliyyatı keçirilib.

Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya “X” hesabında paylaşım edib.

Məlumata görə, 78 vilayətdə həyata keçirilən əməliyyat zamanı 2 min 36 şübhəli şəxs saxlanılıb.