Türkiyədə FETÖ-yə qarşı 14 vilayətdə eyni vaxtda həyata keçirilən "Kıskaç-7" əməliyyatlarında 67 şübhəli tutulub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından açıqlama verib.
"FETÖ-çülərin gözlərini açmağa imkan verməyəcəyik, millətin duaları və dəstəyi ilə bütün terror təşkilatlarından və işbirlikçilərindən qisas alacağız", - nazir yazıb.
Bildirilir ki, 1 iyun 2023-cü ildən etibarən FETÖ-yə qarşı ümumilikdə 4 min 22 əməliyyat keçirilib. Əməliyyatlar zamanı 6 min 45 şübhəli həbs edilib.