Türkiyədə fabrikdə partlayış: 13 yaralı

Türkiyənin Hatay şəhərinin İskenderun rayonunda dəmir-polad fabrikində baş verən partlayışda 13 işçi yaralanıb.

Stopnarkotik.az DHA-ya istinadən xəbər verir ki, yaralılardan 2-sinin durumu ağırdır.

Qeyd olunub ki, zərərçəkmişlərdən 9-u İskenderun Dövlət Xəstəxanasına, 4-ü Dördyol Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.