Türkiyədə casus “ovu”: 15 nəfər həbs edildi

Türkiyədə casusluqda şübhəli bilinərək saxlanılan 34 nəfərin 15-i həbs olunub.

Bu barədə Stopnarkotik.az ürkiyə mətbuatına istinadən xəbər verir.

Mərkəzi İstanbul olmaqla 8 vilayətdə keçirilən əməliyyat nəticəsində saxlanılan 34 şübhəlidən 26-sının "siyasi və ya hərbi casusluq" cinayətinə görə həbs olunmalarını tələb edilib.

Məhkəmə şübhəlilərdən 15-i barəsində həbs qətimkan, 11-i barəsində isə ədliyyə nəzarəti tədbiri görülməsinə qərar verib.

 

8 şübhəli isə deportasiya olunması üçün İl Miqrasiya İdarəsinə təhvil verilib.