Türkiyə polisinin İspaniyada keçirdiyi xüsusi əməliyyat nəticəsində beynəlxalq narkokartel zərərsizləşdirilib, cinayətkar şəbəkənin lideri tutulub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
O qeyd edib ki, İspaniyada Narkotiklərlə Mübarizə İdarəsinin iştirakı ilə “ARGAY” şərti ad altında əməliyyat keçirilib:
“Beynəlxalq narkotik karteli məhv edilib. Şəbəkənin rəhbəri, Emre Karaca kimi tanınan, Türkiyənin beynəlxalq axtarışa verdiyi Kərim Dağlıoğlu tutulub”.