Türkiyə ordusundan əməliyyat: TERRORÇULAR MƏHV EDİLDİ

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Suriyanın şimalındakı “Fırat Kalkanı” bölgəsində PKK/YPG terror təşkilatının 4 üzvü öldürülüb.

Nazirlikdən vurğulanıb ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam edəcək.