Türkiyə növbədənkənar seçkilərə gedir? - SENSASİON İDDİA

Türkiyədə növbəti prezident və parlament seçkiləri erkən keçirilə bilər.

Bu barədə tanınmış türkiyəli jurnalist Abdulkadir Selvi "Hürriyet" qəzetində dərc olunan məqalədə bildirib.

Türkiyə hakimiyyətinə yaxınlığı ilə tanınan jurnalist növbəti seçkilərin vaxtından 6-12 ay əvvələ keçirilə biləcəyini qeyd edir. Qeyd edək ki, Türkiyədə parlament və prezident seçkiləri 2023-cü ildə keçirilib. Prezident seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Rəcəb Tayyib Ərdoğan qalib gəlib. Növbəti seçkilərin 2028-ci ildə keçirilməsi planlaşdırılır.

Məqalədə seçkilər zamanı namizədliyi irəli sürüləcək müxtəlif şəxslərin adları açıqlanıb. Jurnalist bildirir ki, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) daxili mübahisələrə görə səs itirə bilər. Qeyd edək ki, bu il keçirilən bələdiyyə seçkilərində CHP ciddi nailiyyət əldə etmişdi. Selvi vurğulayır ki, növbəti seçkilərin aqibətini Rəcəb Tayyib Ərdoğanın qərarı müəyyən edəcək.

Jurnalist qeyd edir ki, iqtisadi vəziyyət nisbətən yaxşılarşarsa regional müharibə kontekstində Rəcəb Tayyib Ərdoğan yenidən ən güclü namizəd olacaq.

İstanbul şəhərinin meri Ekrem İmamoğlu, Ankara bələdiyyə sədri Mansur Yavaş, DEM partiyasının həbsdə olan keçmiş sədri Selahattin Demirtaş, Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan, CHP-nin hazırkı sədri Özgür Özəlin də namizədliyi müzakirə olunur. Ancaq İmamoğlunun məhkəmə çəkişməsi davam edir və ona siyasi qadağa qoyula bilər. Müxalifət alternativ namizədlər üzərində düşünür.

"Amma bu prosesi prezident Ərdoğanın qərarı müyyən edəcək. Ərdoğan “bitdi” deməyincə bu iş bitməyəcək", - məqalədə deyilir.