Türkiyə müasir sığınacaqların tikintisinə başlayır

 

Müharibə və ya təbii fəlakət zamanı ölkənin mülki əhalisini qorumaq üçün Türkiyənin bütün 81 vilayətində müasir sığınacaqlar tikiləcək.

Stopnarkotik.az xəbər verir ki, bu qərar Nazirlər Kabinetinin avqustun 25-də keçirilən iclasının yekunları üzrə qəbul edilib. Bildirilir ki, bu planın həyata keçirilməsində İsrail, Yaponiya və İsveçrə nümunələrinə xüsusi diqqət yetirilir.

Türkiyənin NTV telekanalının məlumatına görə, artıq bir sıra şəhərlərdə, o cümlədən paytaxt Ankarada tikinti işlərinə başlanılıb. Sığınacaqlar təhlükə zamanı əhalinin tez çata biləcəyi möhkəmləndirilmiş strukturlar olacaq.

Stopnarkotik.az