PKK-nın “rəhbərləri”ndən olan “Şervin Sərdar” kod adlı İman Mahmud Dərviş Türkiyə Milli İstihbarat Təşkiatı tərəfindən Münbiçdə məhv edilib.
Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Məlumata görə, Münbiçdə keçirilən xüsusi əməliyyat zamanı Mahmud Dərvişlə yanaşı, “Nurcan Öcalan” və "Canda Cudi” kod adlı iki terrorçu da məhv edilib.
PKK-nın Münbiç üzrə koordinagtoru olan Dərvişin Türkiyədə yeni terror aktı planlaşdırdığı məlum olub. Plana görə, terrorçular “PKK-dan qaçan qurbanlar” olaraq, Türkiyəyə daxil olacaq, daha sonra hücuma keçəcəkdilər. Türkiyə kəşfiyyatı Mahmud Dərviş və dəstəsini məhv etməklə bu planın da qarşısını alıb.
Qeyd edək ki, M.Dərviş Fransa, Danimarka, Kanada və İtaliya kimi ölkələrdə rəsmi səviyyələrdə qəbul olunan terrorçudur. Hətta o, Yelisey sarayında Fransa prezidenti Emmanuel Makron tərəfindən də qəbul edilib./publika.az