Türkiyə İspaniyaya böyük hesabla məğlub oldu - VİDEO

Ötən gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində E qrupunda mübarizə aparan Türkiyə millisi öz meydanında İspaniya ilə qarşılaşıb.

Stopnarkotik.az xəbər verir ki, oyun gözlənilməz hesabla başa çatıb.

İspaniya millisi “ay-ulduzlular”ın qapısına 6 cavabsız qol vurub.

Qeyd edək ki, Türkiyə millisi 41 ildən sonra ilk dəfə altı top fərqi ilə uduzub.

“Ay-ulduzlular” 1984-cü ildə səfərdə İngiltərəyə 0:8, Macarıstana isə 0:6 hesabı ilə yenilib.

Sözügedən matçın icmalını təqdim edirik: