"Roketsan" şirkəti ilk dəfə TV axtarış başlığına malik İHA-122 Havadan Atılan Ballistik Raketi (ALBM) hazırlayıb. Yeni raket ilk dəfə Bayraktar AKINCI PUA-dan atılıb”.
Bunu hərbi ekspert Ədalət Verdiyev bildirib.
Onun sözlərinə görə, bir müddətdir BAYKAR ilə birlikdə havadan atılan ballistik raketlər (ingiliscə ALBM-lər) üzərində işini dərinləşdirən "Roketsan", ilk dəfə olaraq TRG-230 və TRG-122 tipli GPS/INS ilə idarə olunan raketləri havadan atılacaq hala gətirib.
"Roketsan" İHA-230 və İHA-122 adlı raketlərə lazer axtarış başlığını yerləşdirərək istifadəyə verib”, - ekspert əlavə edib.
Ə.Verdiyevin sözlərinə görə, nəhayət, "Roketsan" İHA-122 ALBM-nin TV axtarış başlığı konfiqurasiyasını inkişaf etdirib.
Hərbi ekspert qeyd edir ki, hazırlanan yeni raketin ilk atış sınağı BAYKAR tərəfindən Bayraktar AKINCI TİHA-dan edilib.
“Beləliklə, Türkiyə ALBM sahəsində dünyada bir ilkə imza atdı”, - o bildirib.
Ədalət Verdiyev vurğulayır ki, lazer axtarış başlıqlı raketlərin hədəfə çatması üçün yerdəki/havadakı atəş platforması və ya başqa element daima lazerlə hədəfi işarələməlidir: “Raketdəki yarı aktiv axtarıcı başı lazer şüasını izləyərək özünü hədəfə yönəldir. İqlim şəraitindən çox təsirlənən lazer axtaran başlıqlı raketlər, ümumiyyətlə, 3 metr sapma ilə hədəfə çatır”.
Ə.Verdiyev daha sonra TV axtarış başlığının üstünlükləri sadalayıb: “TV axtarış başlığına malik raketlərinin ön hissəsində elektron-optik kamera mövcuddur. Raket hədəfə doğru uçarkən daim operatorun nəzarəti altında olur və ani manevrlər edə bilir. Digər tərəfdən, raketin burnunda olan elektron-optik kameranın görüntüsü anında operatora və əməliyyat mərkəzinə ötürülür. Bu yolla hədəflər santimetr dəqiqliyi ilə məhv edilir və məhv edilən hədəfin son görüntüsü zərərin qiymətləndirilməsi üçün əməliyyat mərkəzinə çatdırılır”.
Ekspert bildirir ki, quruluşuna görə onsuz da çox yüksək sürətlə hədəfə çatan və buna görə də hava hücumundan müdafiə sistemləri tərəfindən çətin məhv edilən ALBM-lər TV başlıq ilə yüksək dəyərli hədəflərə qarşı daha da təsirli olacaq.
#SONDAKİKA | BAYKAR Bayraktar AKINCI TİHA’dan Roketsan üretimi TV Arayıcı Başlıklı İHA-122 Havadan Atılan Balistik Füze’nin ilk atış testi gerçekleştirildi.
Türkiye, ‘Man-in-the-loop Kabiliyetli Havadan Atılan Balistik Füze’ teknolojisine erişti!
— SavunmaSanayiST.com (@SavunmaSanayiST) June 3, 2024