Türkiyənin Ticarət Nazirliyinin Gömrük Mühafizə qrupları bu ilin ilk 4 ayında həyata keçirdikləri əməliyyatlarda 16,5 milyard lirə dəyərində ticarət malı və narkotik qaçaqmalçılığının qarşısını alıb.
Stopnarkotik.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Gömrük Mühafizəsi Qaçaqmalçılıqla Mübarizə və Kəşfiyyat bölmələri ölkə iqtisadiyyatına zərər vuran, haqsız rəqabət mühiti yaradaraq kommersiya əməliyyatlarını pozan, əhalinin sağlamlığını hədəfə alan və gəncləri aludəçilik bataqlığına sürükləməyə çalışan istənilən qaçaqmalçılığa imkan vermir. Yanvar-aprel aylarında qruplar tərəfindən həyata keçirilən 2349 müxtəlif əməliyyatda keçən ilin eyni dövrü ilə müqayisədə təxminən yüzdə 76 artımla 16,5 milyard lirə dəyərində ticarət malları və narkotik qaçaqmalçılığının qarşısı alınıb.
Əməliyyatlar zamanı 11,4 ton narkotik, 71 milyon 221 min tütün, tütün məmulatı və spirtli içkilər, 28 milyon 476 min toxuculuq materialı və 17 milyon 936 min ədəd canlı heyvanlardan tutmuş elektron məmulatlardan tarixi sənət əsərlərinə qədər müxtəlif növ qaçaqmalçılıq yolu ilə gətirilən mallar ələ keçirilib.
Keçən ay Gömrük Mühafizə bölmələri tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində ötən ilin eyni ayına nisbətən təxminən yüzdə 231 artımla 3,9 milyard lirə dəyərində ticarət malları və narkotik qaçaqmalçılığının qarşısı alınıb.
Keçirilən əməliyyatlarla 1,4 ton narkotik vasitə, 13 milyon 810 min ədəd tekstil materialı, 2 milyon 58 min ədəd müxtəlif təyinatlı məmulat, 211 ədəd dəbdəbəli avtomobilin qaçaqmalçılığının qarşısı alınıb.
Stopnarkotik.az