Türk professor narkotiklə bağlı gerçəkləri açıqladı - VİDEO

Məlum olduğu kimi, dünən İstanbul polisi dünən səhər saatlarında narkoəməliyyat keçirib, bir sıra məşhur müğənni, aktyor və aktrisalar saxlanılıb.

Saxlanılanlar arasında şou-biznes aləminin Kubilay Aka, Kaan Yıldırım, Hadise Açılgöz, Berrak Tüzünataç, Duygu Özaslan Mutaf, Demet Evgar Babateş, Zeynep Meriç Aral Keskin, Özge Özpirinçci, Feyza Altun, Derin Talu, Deren Talu, Ziynet Sali, Birce Akalay, Metin Akdülger, Ceren Moray Orcan, Dilan Polat, Engin Polat, Simge Sağın kimi məşhur simaların olduğu açıqlandı.

İstanbul Baş Prokurorluğu tərəfindən “narkotik və ya stimullaşdırıcı maddə istifadə etmə” cinayəti ilə əlaqədar başladılan istintaq çərçivəsində saxlanılanlardan qan nümunələri alınması üçün göstərişlər verildi.

Əlbəttə, istər məşhur simaların, istər sadə şəxslərin narkotik aludəçiliyi və istfadəsi həm şəxsi, həm ictimai baxımdan yetərli qədər neqativ hadisədir. Türkiyəli məşhur həkim professor Oytun Erbaş narkotik istifadəsinin mənfi tərəfləri və nəticələri barədə auditoriyanı məlumatlandırıb. 

Stopnarkotik.az