Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, son həftələrdə İraqın şimalında öldürülən terrorçuların sayında artım var: “Biz bildirmişdik ki, bu yay İraqın şimalında “kilid” qapanacaq. Buna görə də sürətli və mütəmadi əməliyyatlarla terrorla mübarizəni davam etdiririk. Hazırda mübarizəmiz davam edir. Artıq “sürətləndirilmiş əməliyyatlar” mərhələsinə başlamışıq”.