İrəvan polisi hökumət əleyhinə etiraz aksiyalarında iştirak edən ASALA terror təşkilatının üzvü Ambik Sasunyanı saxlayıb.
Stopnarkotik.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, A. Sasunyan naməlum istiqamətə aparılıb.
Xatırladaq ki, o, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kemal Arıkanın qətlində ittiham edilərək əfv hüququndan yararlanmaq qadağası ilə ömürlük azadlıqdan məhrum edilib.
2016-cı ildə isə Kaliforniya Məhkəməsi Ambik Sasunyanın şərti azadlığa buraxılması barədə hökm çıxarıb.
Qərarın təsdiqi Kaliforniyanın qubernatoruna həvalə edilib.
Üç il davam edən müzakirələr nəticəsində sözü gedən qərar 2019-cu ilin dekabrında icra olunub.