Türkiyədə yanacağın bahalaşması özü ilə yeni ixtiraları da gətirir. Belə ki, türk gənc su ilə işləyən avtomobil istehsal edib. Kilometrə cəmi 5 qəpik (kuruş) sərf edən bu avtomobil artıq böyük diqqət çəkib...
Qeyd edək ki, Türkiyənin xarici ticarət açığını ən çox artıran maddələrdən biri olan neft idxalına alternativ ola biləcək ixtira gündəmə bomba kimi düşüb. Qaziantepli avtomobil ustası Murat Ağbaş avtomobil motorunun yüzdə 50-nin su ilə işləməsini təmin edən bir sistem inkişaf etdirdiyini açıqladı.
Bu sistemlə avtomobillərin hər kilometrə cəmi 5 kuruş sərf etdiyi və 3 litr su ilə 100 kilometr yol qət edə bildiyi iddia edilir. Bu iddialar sübuta yetirilərsə, Türkiyə milyardlarla dollar xərclədiyi neft idxalında ciddi qənaət edə bilər.
50 FAİZ SU, 50 FİZİ YANACAQLA İŞLƏYƏN SİSTEM

Murat Ağbaş inkişaf etdirdiyi sistemi belə izah edib: "Arxa tərəfdə su çənimiz var. Su çəni üçün elektron cihaz düzəltdim. Elektron cihazda enerji əldə etmək üçün sudakı hidrogen qazını ayıran 2 filtrimiz var. İlk filtrimizdən keçdikdən sonra 2-ci filtrimiz onu mühərrikə doğru göndərir və yanmasını təmin edir. Maşınımız 50 faiz su və 50 faiz yanacaqla işləyir".
Ağbaşın sözlərinə görə, avtomobil 2 litr su ilə 70 kilometr yol qət edilə bilər və bu, maşının performansını da təxminən 30 faiz artırır. “Bulaqdan suyu doldurursan, içəri girirsən, bu qədər”, - deyərək sistemin sadəliyini vurğulayır.
MƏQSƏD 100 FAİZ SU İLƏ İŞLƏYƏN MAŞIN HAZIRLAMAQDIR

Hədəfinin 100 faiz su ilə işləyən sistemi inkişaf etdirmək olduğunu bildirən Ağbaş maliyyə imkanları məhdud olduğundan hələ bu mərhələyə çatmadığını əlavə edib. Ağbaş gələcək dəstəkdən asılı olaraq baqajda sistemin görüntüsünü daha qapalı ərazilərdə quraşdırmağı planlaşdırdığını ifadə edərək, səlahiyyətlilərdən dəstək gözlədiyini bildirib.
Bu ixtira iddia edildiyi kimi uğurlu və səmərəli olarsa, Türkiyənin enerji müstəqilliyi hədəflərinə çatmasında və xarici ticarət kəsirinin bağlanmasında mühüm rol oynaya bilər. Sistemin ekspertlər və aidiyyatı qurumlar tərəfindən ətraflı şəkildə yoxlanılaraq, sınaqdan keçirilməsi gözlənilir.
Stopnarkotik.az