Tupak Şakurun qətlini insan alverində ittiham olunan P.Diddi sifariş edib - İTTİHAM

Reper Tupak Şakur və Suq Naytın qətlini P.Diddy sifariş edib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “USA Today” iddia edilən qatilin ifadəsinə istinadla məlumat yayıb. Qətldə günahlandırılan şəxs sifarişçinin P.Diddi olduğunu deyib. “USA Today” yazır ki, “Krips” bandasının keçmiş üzvü Dueyn Devis sorğu-sualda qalmaqallı reper Şon Kombsun Tupak Şakur və onun produseri Şuq Naytın qətli üçün milyon dollar mükafat təyin edib. Müttəhim həmçinin etiraf edib ki, qətli törətmək üçün onun şəxsi səbəbi də olub – o Tupakın 1996-cı ildə Las-Veqasda döydüyü Orlando Andersonun qisasının almaq istəyib.

1996-cı ildə iki dəstə arasında keçirilən boks yarışından sonra Şakur rəqibini yumruqla vurub. Şakur polisə getməyib, ancaq Tupakın qatili olduğu iddia edilən əmisi Dvayne "Keff D" Davisə başına gələnləri danışıb. Əmisi qardaşı oğlunun qisasını alacağına və pul qazanmasına kömək etmək istəyib: reper Kombs (P.Diddi) Tupak və Naytın qətlinə görə 1 milyon dollar mükafat qoyub.

Bir neçə saat sonra Şakur yoldan keçən avtomobildən güllə yarası alıb, bir neçə gün sonra ölüb, Şuq Nayt isə yaralanıb sağ qalıb. Xatırladaq ki, 2024-cü ildə reper P.Diddi reketçilik və insan alveri ittihamı ilə həbs edilmişdi, bundan sonra Tupakın ailəsi qətllə bağlı istintaqın yenidən açılmasına nail olmuşdu.

Stopnarkotik.az