"TƏŞVİŞƏ DÜŞMƏYİN!" - Müdafiə Nazirliyindən əhaliyə çağırış

12-14 noyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Stopnarkotik.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.