Tərtərdə xeyli sayda sursat aşkar edildi - FOTO

Tərtər rayonunda xeyli sayda sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları xidmətdə olan zaman rayonun Təpəkənd kəndi ərazisindən 25 mindən çox müxtəlif çaplı patronlar və 33 müxtəlif növ mərmilər aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Stopnarkotik.az