Tərtərdə su kanalında qadın meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Stopnarkotik.az-a rayon prokurorluğundan bildirilib.
Qeyd olunub ki, iyunun 26-da saat 17 radələrində Tərtər şəhəri ərazisindən keçən su kanalında Ağdərə rayonu, Şıxarx qəsəbə sakini 1987-ci il təvəllüdlü Vəsilə Məmmədovanın meyitinin aşkar olunması faktı ilə bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Hadisənin baş vermə səbəbi ətraflı araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
***11:01
Tərtərdə su kanalından qadın meyiti tapılıb.
Qadının meyiti Tərtər rayonu Səhləbad kəndi ərazisindən keçən beton kanalda aşkar edilib.
Onun 1987-ci il təvəllüdlü Əliyeva Vəsilə Zahid qızı olduğu məlum olub.
Qeyd edək ki, həmin şəxs Bərdə rayon sakinidir. O, bir müddət öncə ailə quraraq məcburi köçkünlərin məskunlaşdığı Ağdərə rayonunun Şıxarx qəsəbəsinə köçüb.
Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.