Tərtərdə su kanalında boğularaq həyatın itirən Natiq Hüseynov şəhid qardaşı olub.
Stopnarkotk.az xəbər verir ki, onun qardaşı Amil Namiq oğlu Hüseynov Vətən müharibəsində şəhid olub.
Qeyd edək ki, Natiq və Amil ailədə iki qardaş olub.
*** 19.28
Tərtərdə su kanalında boğularaq həyatın itirən şəxsin kimliyi məlum olub.
Stopnarkotk.az apa-ya istinadən xəbər verir ki, o, Bərdə rayon Körpüqıran kənd sakini 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğlundur.
*** 19.03
Tərtər ərazisində su kanalında axına düşən dörd nəfərdən 3-ü xilas edilib, 1 nəfərin isə meyiti tapılıb.
Stopnarkotk.az apa-ya istinadən xəbər verir ki, rayonun Cəmilli kəndi ərazisində baş verən hadisə zaman xilas edilənlərdən biri - Bərdə rayon Körpüqıran kənd sakini 1976-cı il təvəllüdlü Zamanov Asim Məhəmməd oğlunun vəziyyətinin stabil, iki nəfərin isə həyatı təhlükəsinin olmadığı bildirilir.
Digər bir nəfər isə bədbəxt hadisə nəticəsində həyatını itirib. Onun meyiti Suqovşan-Goranboy magistral suvarma kanalının Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
*** 17.45
Tərtərdə 3 nəfər kanalda batıb.
Stopnarkotk.az apa-ya istinadən xəbər verir ki, hadisə Suqovşan-Goranboy magistral su kanalının Cəmilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Dörd nəfər çimmək məqsədilə sözügedən kanala düşüblər. Onlardan 1-ni sudan çıxarmaq mümkün olub, digər 3 nəfərin axtarşı davam edir.
Sudan çıxarılan şəxs xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.