Tərtərdə 2 "Kalaşnikov" və 5 tüfəng tapıldı

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın aşkarlanması məqsədi ilə tədbirlər görülür.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Həsənqaya kəndi ərazisindən 2 "Kalaşnikov" avtomatı və 5 tüfəng tapılaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.