Rusiyada Domodedovo Şəhər Məhkəməsi narkotik qaçaqmalçılığı işi üzrə aktrisa Aqlaya Tarasova barədə hökm çıxarıb.
Stopnarkotik.az bu barədə "Kommersant" nəşrinə istinadən xəbər verir.
Məhkəmə onu Domodedovo aeroportundan tərkibində çətənə yağı olan veyp mayesini keçirməyə cəhd etdiyinə görə şərti olaraq üç il azadlıqdan məhrum edib və 200 min rubl (4 330 manat - red.) məbləğində cərimələyib.
Xatırladaq ki, Tarasova avqustun 28-də Domodedovada gömrükdən keçərkən saxlanılmışdı.
Tarasova "İnternlər", "Prinsipsizlər" seriallarında, "Buz", "Buz-2", "Buz-3" və "Xolop-2" filmlərindəki rolları ilə tanınır.
*** 05. 09.2025
Rusiyada təhlükəsizlik qüvvələri 31 yaşlı rusiyalı aktrisa Aqlaya Tarasovanı Domodedovo hava limanında üzərində narkotiklə saxlayıblar.
Bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
"Tarasova Domodedovo hava limanında narkotiklə saxlanılıb. İlkin olaraq, onun veypindən (elektron siqaret) həşiş yağı aşkar edilib", - deyə məlumatda bildirilib.
Mənbənin sözlərinə görə, faktla bağlı narkotik qaçaqmalçılığı maddəsi üzrə cinayət işi açılıb.
Qeyd edək ki, Aqlaya Tarasova aktrisa Kseniya Rappoportun qızıdır. Tarasova "İnternlər", "Prinsipsizlər" seriallarında, "Buz", "Buz-2", "Buz-3" və "Xolop-2" filmlərindəki rolları ilə tanınır.