Transseksual qatil kilsədə adamlara hücum etdi

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində katolik kilsəsində atışma olub.

Kilsə binasında uşaq bağçasından tutmuş orta məktəb yaşına qədər uşaqlar üçün katolik məktəbi də yerləşir. Onlardan bəzilərinin yaralandığı bildirilir. İndiyədək ən azı 20 nəfər xəsarət alıb. İki nəfərin  öldürüldüyü deyilir.

Şahidlər hadisəni bir dəqiqəyə yaxın davam edən "arasıkəsilməyən atəş" kimi qiymətləndiriblər.

Əraziyə hüquq-mühafizə orqanları, o cümlədən Minneapolis polisi, FTB, əyalət patrulu və təcili tibbi yardım xidmətləri gəlib.

Bəzi mənbələrə görə, qatilin Robin Vestman adlı yəhudi transseksual olduğu üzə çıxıb. Onun manifesti YouTube-a yüklənib, lakin artıq administratorlar tərəfindən silinib. Bundan əlavə, internetdə onun silahların üzərinə qoyduğu yazıların fotoları da peyda olur.

Qatil Donald Trampı da öldürməklə hədələyib. İnternet istifadəçiləri qatilin 2018-ci ildə Kraystçörç məscidində baş verən atışmadan ilhamlandığını iddia edirlər. 

Stopnarkotik.az