Rusiya xarici işlər naziri Sergey Lavrovun son açıqlamaları Ağ Evi məyus edib. Bu, Moskvanın ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinin qəbul etdiyini dediyi razılaşmadan geri çəkildiyini göstərir.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “NBC News” rəsmilərə istinadla məlumat yayıb.
“Ruslar günbəgün geri çəkilirlər. Belə görünür ki, oyun oynayırlar, bu, hər bir kəsi, xüsusən də Prezident Trampı qıcıqlandırır”, - rəsmi bildirib.
Bununla belə, qeyd edilir ki, ABŞ administrasiyası sülh sazişi perspektivindən imtina etməyib.
“Heç kim təslim olmağa ha zır deyil. Prezidentin aydın dediyi şeylərdən biri də odur ki, əgər yaxın gələcəkdə bu problemin diplomatik həlli yolu varsa, bundan istifadə etmək istəyir. Münaqişənin hərbi yolla həlli yoxdur. Məsələ budur ki, indi diplomatik həll yolu varmı, yoxsa bu nöqtəyə çatmaq üçün növbəti altı, on iki və ya on səkkiz ay lazımdır”, - deyib.
Məqalədə vurğulanır ki, əvvəlcə Tramp-Putin, sonra ABŞ prezidentinin ukraynalı həmkarı Volodimir Zelenski və Avropa liderləri ilə görüşündən sonra atəşkəsə gedən yol həmişəki kimi qaranlıq olaraq qalır.
Qeyd edək ki, Lavrov bundan öncə mümkün Putin-Zelenski görüşünü “Trampın fantaziyası” adlandıraraq, belə bir təmasın qeyri-mümkünlüyünü açıqlamışdı.