ABŞ-ın keçmiş prezidenti Donald Tramp Corciya ştatının Fulton Rayon Penitensiar Müəssisəsində çəkilmiş, seçki kampaniyasında istifadə etmək üçün köynək, kupa və papaqlara basdırılmış cinayət şəklini çap edib.
Stopnarkotik.az xəbər verir ki, ABŞ-ın Corciya ştatında prokuror 2020-ci il prezident seçkilərinin nəticələrini onun xeyrinə çevirməklə aparılan istintaq çərçivəsində keçmiş prezident Donald Trampa qarşı 13 ittiham irəli sürüb.
İttihamlardan sonra ştatın Fulton Rayon Həbsxanasına təslim olan Trampın saxlandığı müddətdə fotolarının çəkilməsi keçmiş prezidentin ölkə tarixində kriminal şəkil çəkdirən ilk prezident kimi tarixə düşüb.
Sosial mediada paylaşılan fotonun ölkə gündəminə bomba kimi düşməsindən sonra hərəkətə keçən Tramp 2024-cü ildə keçiriləcək prezident seçkiləri üçün diqqətçəkən bir kampaniya başladıb.
Tramp kriminal şəklini satış üçün köynəklərin, fincanların və papaqların üzərinə vurdurub. Seçki kampaniyaları üçün istifadə edilən məhsullar arasında “Heç vaxt təslim olma” və “Tramp üçün azadlıq” ifadələri qeyd olunub.