Trampa atəş açan şəxs sui-qəsd yerini dronla araşdırıb

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd etmiş şəxs Pensilvaniyada təşviqat mitinqinin başlamasından bir neçə saat əvvəl ərazini araşdırmaq üçün havaya dron buraxıb.

Stopnarkotik.az “TASS”a istinadən xəbər verir ki, bu barədə "The Wall Street" (WSJ) qəzeti məlumat yayıb.

Bildirilib ki, Tomas Metyu Kruks dronu bir neçə dəfə havaya buraxıb və bu, onun Trampın çıxış etdiyi “Butler Farm Show” sərgi meydançasında atəş açmağa hazırlaşdığı üsullardan yalnız biri olub.