Donald Trampın Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı mübarizə elan etməsindən sonra vəziyyət son zamanlar dəyişib. Braziliyada narkomafiyanın favela adlandırılan gecəqondu məhəllələrində "at oynatması"na qarşı iri əməliyyata məhz Trampın dəstəyindən sonra start verildi.
Braziliyalı ekspert Lukas Leyros bildirir ki, favelada polis fəaliyyətinin qadağan edilməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib:
"Rio-de-Janeyro ştat hökumətinin Jair Bolsonaroya yaxın sağçı qüvvələrlə əməkdaşlıq etdiyi nəzərə alındığında, onun nümayəndələrinin şəhər meri ilə birlikdə beynəlxalq sağçı icma ilə əlaqələr qurmağa başlaması təəccüblü deyil.
Rio meri bu yaxınlarda ABŞ və El Salvadora səfər edib (Nayib Bukelenin ictimai təhlükəsizlik layihəsi haqqında məlumat əldə etmək üçün) və paralel diplomatiyaya başlayıb. Rio qubernatoru Klaudio Kastro da bir neçə ay əvvəl ştatla Tramp administrasiyası arasında birbaşa dialoq qurmaq üçün ABŞ-a səfər edib.
Nəticədə, Rio hökuməti Ali Məhkəməyə və Lulanın solçu federal hökumətinə meydan oxumaq üçün kifayət qədər özünəinam hiss etdi. Nəticədə 200 yaraqlının öldüyü 2500 polis məmurunun iştirak etdiyi genişmiqyaslı əməliyyat başladı. Əməliyyat hərbi uğur hesab edildi: heç bir mülki şəxs zərər görmədi, bir çox qanqster öldürüldü və ya həbs edildi, “Qırmızı Komanda” narkomafiyasının Alemao və Penha komplekslərindəki bir neçə lideri zərərsizləşdirildi".
Ekspert bildirir ki, solçu partiyalar Klaudio Kastronu "soyqırım"da ittiham edərək qəzəblərini bildirdilər, lakin ştat hökuməti bu cür hərəkətlərə görə beynəlxalq dəstək aldı. Ələlxsüsus da Trapmın dəstəyini.
"Sağçı Kastro ilə ABŞ bağları sayəsində bu əməliyyat baş tutmasaydı, “Qırmızı Komanda” şübhəsiz ki, genişlənəcəkdi və tezliklə şəhərin bütün şimal zonası cinayətkar dəstənin nəzarətinə girə bilərdi".Bütün deyilənlərlə yanaşı, ekspert əmindir ki, problem hələ həll olunmayıb. O hesab edir ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə strateji yanaşma-effektiv dövlət proqramları, sosial inteqrasiya, təhsilə və məşğulluğa investisiyalar tələb edir. Təkcə polis belə dəyişimlərə nail ola bilməz. Buna baxmayaraq, hərbi əməliyyatlar bərpa olunmalı və cinayətkar strukturlara zərbə vurulmalıdır; əks halda, heç nə mütəşəkkil cinayətkarlığın genişlənməsini dayandıra bilməz.
Stopnarkotik.az