ABŞ prezidenti Donald Tramp fentanil ticarətini və narkokartelləri dayandıra bilmədiyini əsas gətirərək, Meksikanı növbəti dəfə 30% rüsumla hədələyib.
Stopnarkotik.az xəbər verir ki, Tramp prezident Klaudiya Şeynbauma yazdığı məktubda yeni verginin avqustun 1-də qüvvəyə minəcəyini açıqlayıb.
"Meksika mənə sərhədi qorumaqda kömək etdi, amma bu kifayət deyil. Meksika kartellərin bütün Şimali Amerikanı narkoticarət meydanına çevirmək cəhdlərinə mane olmadı. ABŞ-a göndərilən Meksika məhsullarına bütün sənaye tariflərindən ayrı olaraq 30% rüsum tətbiq edirik. Daha yüksək tariflərdən yayınmaq üçün tranzitlə keçən məhsullara bu yüksək tarif tətbiq olunacaq. Əgər Meksika və ya ölkənizdəki şirkətlər ABŞ-da məhsul istehsal etmək qərarına gəlsələr, heç bir tarif olmayacaq və icazələrin tez, peşəkar və həftələr ərzində alınmasını təmin etmək üçün əlimizdən gələni edəcəyik”, deyə Tramp Klaudiya Şeynbauma göndərdiyi məktubda əlavə edib.
Məktubda həmçinin xəbərdarlıq edilib ki, Şeynbaum administrasiyası ticarət tərəfdaşına yeni tariflər tətbiq etməklə cavab addımı atsa, Ağ Ev Meksikaya daha yüksək tariflər tətbiq edəcək.
Stopnarkotik.az