ABŞ bütün Meksika və Kanada mallarına 25% rüsum tətbiq edəcək. Bu qərar qeyri-qanuni miqrant axını və narkotik qaçaqmalçılığı ilə bağlıdır.
Stopnarkotik.az xəbər verir ki, Donald Tramp bunu özünün “Truth Sosial” şəbəkəsində bildirib.
“Yanvarın 20-dən etibarən Meksika və Kanadadan gələn bütün mallara 25 faiz rüsum tətbiq edən sərəncam imzalayacağam. Bu tarif narkotiklər, xüsusilə fentanil və qeyri-qanuni mühacirlər ölkəmizə hücumu dayandırana qədər qüvvədə qalacaq”, deyə Tramp yazıb.
Onun sözlərinə görə, narkotiklər indi ölkəyə əvvəllər heç vaxt misli görünməmiş miqyasda daxil olur, üstəlik həm Meksika, həm də Kanadanın "uzun müddətdir davam edən problemi asanlıqla həll etmək" üçün gücü və səlahiyyəti var. Tramp əlavə edib ki, həmçinin Çindən gələn mallara 10 faiz vergi tətbiq etməyi planlaşdırır, hansı ki, fentanil ABŞ-a Meksika vasitəsilə Çindən gətirilir. O bildirib ki, Çin rəsmiləri ona istənilən narkotik alverçisini ölümlə cəzalandırma vədi veriblər, lakin sözlərini tutmayıblar. Çin Trampın Pekinin ABŞ-a fentanil tədarükünə şərait yaratmaq ittihamlarını rədd edib. Çinin Vaşinqtondakı diplomatik missiyasının nümayəndəsi Liu Penqyu bildirib ki, bu cür bəyanatlar faktlara və reallığa tamamilə ziddir
Tramp həmçinin ABŞ-da qeyri-qanuni miqrantlarla radikal mübarizə aparmaq planlarını dəfələrlə bəyan edib. O, qanunu pozan miqrantların olduğu "hər şəhəri və qəsəbəni xilas edəcəyinə" və onların ölkədən "mümkün qədər tez" qovulacağını" söyləyib.
Stopnarkotik.az