Tramp administrasiyası Meksikada narkotik kartellərinə qarşı hərbi əməliyyat hazırlayır.
Stopnarkotik.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
NBC News bildirib ki, Donald Tramp administrasiyası narkotik laboratoriyalarını və kartel liderlərini hədəf almaq üçün Amerika hərbi və kəşfiyyat işçilərini Meksikaya göndərmək planı hazırlayır. Əməliyyatda xüsusi təyinatlı qüvvələrin və Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi missiya çərçivəsində iştirakı gözlənilir, lakin onun həyata keçirilməsi ilə bağlı yekun qərar hələ verilməyib.
Xəbər verilir ki, məxfi missiya, birbaşa müdaxilə olmadan Meksika qüvvələrini dəstəkləməklə işini bitmiş hesab edən əvvəlki administrasiyaların praktikasından kəskin şəkildə fərqlənir.
Stopnarkotik.az