Tramp hava-desant diviziyalarını narkokartellərlə müharibəyə göndərir

Tramp administrasiyası qoşunların bir hissəsini vətənə qaytarır.

Stopnarkotik.az xəbər verir ki, ABŞ ordusunun elitası sayılan 101-ci və 82-ci hava-desant diviziyaları qeyri-leqal mühacirlərə və narkokartellərə qarşı mübarizə aparmaq üçün Rumıniyadan ABŞ-ın cənub sərhədinə yola düşüb. Bütün digər qoşunlar hələlik Avropada qalır.

Ən böyük ABŞ kontingenti 38 min əsgərlə Almaniyada yerləşir.

Sonra 14 minlə Polşa, 12 minlə İtaliya və 10 minlə İngiltərə gəlir. Bütün bu ölkələr ABŞ-ın hərbi mövcudluğunun azalmasını gözləyir.
Avropa paytaxtları Bayden dövründə Avropaya yönləndirilən əlavə ABŞ qoşunlarının hələ bu payızda çıxarılmasını gözləyirlər. Söhbət 20-25 min əsgərdən gedir. Hərbi mövcudluğun azaldılması logistik bazaları NATO nəzarətinə veriləcək Polşa və Rumıniyaya təsir edəcək.

Stopnarkotik.az