Tramp fərman verdi: Zərərin Azaldılması Proqramları dayanır və narkotiklərə qarşı mübarizə sərtləşir

Prezident Trampın Administrasiyası narkotiklərlə bağlı zərərin azaldılması təşəbbüsləri ilə bağlı dövlət siyasətində  dəyişiklik edən “Amerikanın küçələrində cinayət və hərc-mərcliyin dayandırılması” adlı sərəncam verib.

Stopnarkotik.az xəbər verir ki, sərəncama görə, federal qurumlar, o cümlədən Narkotiklərdən Sui-istifadəyə qarşı Mübarizə və Psixi Sağlamlıq Xidmətləri İdarəsi (SAMHSA) qrantların ayrılması prosedurunu nəzərdən keçirəcək.

“Narkotik vasitələrin qanunsuz istifadəsini asanlaşdıran” proqramların maliyyələşdirilməsi dayandırılır. Xüsusilə, inyeksiya ilə narkotiklərin təhlükəsiz istifadəsi üçün şprislərin, iynələrin və digər vasitələrin alınması və paylanmasına dəstək dayandırılır.

Sənəd zərərin azaldılması proqramlarından açıq şəkildə profilaktika, müalicə və reabilitasiya üsullarına keçməsini tələb edir. Bundan əlavə, sərəncam narkotik satan və narkotiki təbliğ edən saytlara qarşı mülki və ya cinayət işlərinin başlanmasına imkan verir. Qərar ona hesablanıb ki, federal hökumət psixotrop və narkotik maddələrin istifadəsindən tam imtinaya yönəlmiş tədbirlərə üstünlük versin və narkotikin neqativ təsirlərini minimuma endirsin. 

https://www.poz.com/article/trump-executive-order-targets-harm-reduction

Stopnarkotik.az