"Tramp 5 il əvvəl mənə sui-qəsd hazırladı..." - VENESUELA PREZİDENTİ

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-nin keçmiş lideri Donald Trampı beş il əvvəl onun həyatına sui-qəsd cəhdində ittiham edib.

O, Trampın Kolumbiyanın keçmiş rəhbəri Xuan Manuel Santosla ona qarşı sui-qəsd hazırladığını bildirib.

Onun sözlərinə görə, Santos hakimiyyətdə olduğu son günlərdə Venesuelada rejim dəyişikliyinin çox yaxında baş verəcəyini elan etməzdən əvvəl terror qruplaşmasının hazırlanmasını maliyyələşdirib.

Maduro qeyd edib ki, dronlardan istifadə edərək dövlət başçısının həyatına sui-qəsd tarixdə ilk hadisədir.

Qeyd edək ki, Maduronun 2018-ci il avqustun 4-də Karakasda çıxışı zamanı partlayıcılarla doldurulmuş pilotsuz uçuş aparatlarından istifadə etməklə ona sui-qəsd cəhdi baş verib. Təyyarə sıradan çıxarılıb, 7 asayiş keşikçisi yaralanıb. Maduro və ölkənin ali rəhbərliyinin üzvləri xəsarət almayıb.