Traktorla montyoru vurub öldürən şəxsə hökm oxundu

Traktorla montyoru vurub öldürən şəxsə hökm oxundu.

Stopnarkotik.az xəbər verir ki, məhkəmənin hökmü ilə Mürşüd İsmayılov beş il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə iyulun 12-də saat 17 radələrində Ucar-Göyçay avtomobil yolunun Göyçay rayonunun Xəlitli kəndi ərazisindən keçən hissəsində baş verib. Rayon sakini Mürşüd İsmayılov idarəetmə hüququ olmadığı halda oğluna məxsus "Belarus" markalı traktorla velosipedçi, 1963-cü il təvəllüdlü Azad Məhəmmədəli oğlu Soltanovu vurub.

A.Soltanov aldığı xəsarətlərdən hadisə yerində ölüb. O, Göyçay rayonunda montyor işləyirmiş.