Toy karvanında avtoxuliqanlıq edib yola pul səpdilər - VİDEO / YENİLƏNİB

Qubada toy karvanında avtomobildən yola pul səpilməsi faktı araşdırılır.

Bu barədə DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupundan Stopnarkotik.az-a məlumat verilib. 

“Hazırda həmin hərəkəti edənlərin kimliyi araşdırılır,əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Qubada toy karvanında bəzi sürücülərin avtoxuliqanlıq etməsi və yola pul səpməsi ilə bağlı görüntülər yayılıb. 

***10:25

Qubada toy karvanında avtoxuliqanlıq edən avtomobillərin görüntüləri yayılıb.

Görüntüləri sosial şəbəkədə jurnalist Dəyanət Babayev paylaşıb.

Videoda bir neçə avtomobilin Qubanın mərkəzində bəy-gəlin maşınını müşayiət edərkən yol hərəkəti qaydalarını pozmasını, maşınlardan birində olan şəxsin isə yola pul səpməsini görmək mümkündür.

Qeyd edək ki, xeyli vaxtdır Azərbaycanda toy karvanlarında qayda pozulmalarına qarşı maarifləndirmə işləri görülür. Bununla belə, neqativ hadisələrə də rast gəlinir.

Son olaraq elə Quba rayonunda 4 gün əvvəl toy karvanında baş verən ağır qəza 23 yaşlı oğlanın ölümünə səbəb olmuşdu./"qafqazinfo"