Tovuzda yaşayış binasında yanğın: XƏSARƏT ALAN VAR

Tovuz rayonunun Tovuz şəhəri ərazisində yanğın hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, yanğın beşmərtəbəli binada qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, yanğın qısa müddətdə söndürülüb.

"İlkin məlumata görə, dörd nəfər xilas edilib, bir nəfər xəsarət alıb. Əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.