Tovuzda körpə qeysəriyyə əməliyyatından sonra ölüb.
Bu barədə TƏBIB-dən verilən məlumatda bildirilib.
Məlumata görə, martın 4-də saat 17:30 radələrində Gədəbəy rayon sakini 23 yaşlı hamilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Qeysəriyyə üsulu ilə cinsi kişi, çəkisi 3500 qram, boyu 50 sm olan körpə doğulub: "Uşaq doğularkən ona asfiksiya diaqnozu təyin edilib. Göstərilən bütün zəruri tibbi xidmətlərə baxmayaraq, 5 mart saat 13:30 radələrində körpənin ölüm faktı qeydə alınıb".
*** 17.04
Tovuzda doğuşda körpə ölümü baş verib.
Hadisə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb. Rayonun Yanıqlı kəndində yaşayan 23 yaşlı Səmayə Abbasova 41-42 həftəlik hamiləliklə doğum şöbəsinə yerlədirilib. Körpə doğuşda ölüb.
Körpənin doğuş zamanı boğulmadan öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır./apa