Tovuzda evlənmək məqsədilə qaçırılan məktəbli ailəsinə təhvil verildi - DÖVLƏT KOMİTƏSİ

Tovuz rayonunda evlənmək məqsəilə qaçırılan məktəbli ailəsinə təhvil verilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı məlum olub ki, 10-cu sinif şagirdi (şərti ad) Aysel Məmmədlini kənd sakini Mətin Mustafayev evlənmə məqsədi ilə qaçırıb.

Birgə fəaliyyət nəticəsində məktəbli qız ailəsinə təhvil verilib,məsələnin nəzarətdə saxlanılması təmin olunub.

Faktla bağlı araşdırma davam etdirilir.