"Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli hospitala köçürüləcək

Bu barədə onun vəkili Aqil Layıc Facebookda paylaşım edib.

Onun sözlərinə görə, bununla bağlı Bakı şəhərinin Xətai Rayon Məhkəməsi qərar qəbul edib:

“Ələsgər Əhmədoğlunun müayinə edilməsi üçün hospitala köçürülməsinə dair şikayətimizə baxıldı. İstintaq orqanı da şikayətə etiraz etmədi. Nəticədə Ələsgər müəllim biopsiya edilməsi üçün özünün seçdiyi hospitalda öz həkimləri tərəfindən müayinə ediləcək və qısa müddətlik hospitala köçürüləcək”.

Xatırladaq ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində bu ilin mart ayının 9-da keçirilən iclasda Ə.Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.