Tanzaniyanın Zənzibar arxipelaqının Pemba adasında dəniz tısbağası əti yedikdən sonra səkkiz uşaq və bir böyük ölüb.
Daha 78 nəfər xəstəxanaya yerləşdirilib.
Mkoani Xəstəxanasının həkimi Hacı Bakarinin açıqlamasına görə, ölən yetkin qadın zəhərlənən uşaqlardan birinin anası olub.
Qeyd edək ki, Tanzaniyada tısbağa əti delikates sayılır.
Mənbə: profile.ru