Ağcabədi rayon sakini Kənan Quliyevin xəbəri olmadan adına beş şirkət açılıb və 34 min manat vergi borcu yazılıb.
Stopnarkotik.az Xezerxeber.az-a istinadən xəbər verir ki, 25 yaşlı Kənan Quliyev bildirib ki, iş üçün müraciət etdiyi şəxslər onu aldadıblar, özünün xəbəri olmadan adına beş şirkət açılıb.
Bir ildən sonra Kənan Quliyev məhkəmədən məktub alıb. Bu zaman adına şirkətlərin açıldığını və vergi borcu olduğunu öyrənib.
Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirilib ki, vətəndaş ilk olaraq qurumun xidmət mərkəzlərinə yaxınlaşaraq “Asan İmza” ilə bağlı əməliyyatları dayandırmalıdır. Həmçinin, hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Bildirilib ki, bu, vətəndaşı tam olaraq məsuliyyətdən azad etmir, lakin aparılan araşdırmalar və istintaq çərçivəsində saxtakarlığa yol verən şəxslər müəyyən ediləcək.