Tiflisdə iki İran və bir Türkiyə vətəndaşı narkotiklə bağlı həbs edilib.
Stopnarkotik.az xəbər verir ki, saxlanılan şəxslərin evlərində şəxsi axtarış və axtarış zamanı polis əməkdaşları tərəfindən MDMA və marixuana, habelə narkotik vasitələrin satışından əldə edildiyi fərz edilən pul götürülüb. İran vətəndaşlarından biri keçmiş məhkum olub. Təqsirləndirilən şəxsləri 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir.
Gürcüstan Daxili İşlər Nazirliyi martın 17-dən bəri narkotiklərlə bağlı cinayətlərə görə 42 nəfərin həbs edildiyini bildirib.
Stopnarkotik.az