Tiflisdə etirazçılar Rusiya bayrağını YANDIRDI - FOTO

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən aksiyada etirazçılar Rusiya bayrağını yandırıblar.

Bununla bağlı görüntülər telegram kanallarında paylaşılıb.

Qeyd edək ki, hazırda Tiflisin mərkəzi Rustaveli prospektində mitinq keçirilir. Mitinqi yerli seçkiləri boykot etmiş müxalifət partiyaları təşkil edib. Etirazçılardan bəziləri küçələrdə ictimai iaşə obyektlərinə zərər verərək iğtişaşlara başlayıb.