Tibbi çətənə: mütərəqqi addım, yoxsa tələ?

Bir sıra ölkələrdə tibbi çətənin leqallaşdırılması qanun səviyyəsində qəbul olunur. Hesab olunur ki, bununla insanların “yasaq meyvə”yə qarşısıalınmaz meyli yavaşıyacaq. Amma təcrübə göstərir ki, çox zaman bu ümid özünü doğrultmur. Bu isə şikayətlərə səbəb olur.

Məsələn, 2023-cü ilin dekabrında Ukrayna Radası tibbi çətənin leqallaşdırılmasını dəstəklədi. Bu qərar artıq 2021-ci ildə olduğu kimi rədd cavabı ilə üzləşmədi. Travma ilə üzləşmiş cəmiyyət müalicə üsulları axtarışında bu qərarl verdi. Amma bu ümid özünü doğrultmadı. Çünki bazar tibbi çətənə ilə kifayətlənməyib, üstəik THC dəyəri 22% və daha yüksək olan narkotik növlərinə “stavka edir”. Leqallaşan tibbi çətənə növündə isə THC dəyəri  0,3% ilə məhdudlaşır.

Görünür ki, bazarın öhdəsindən gələ bilməyən dövlət öz siyasətini bu gediaşata uyğunlaşdırmalı olacaq, ya da “qara bazar” qalib olaraq qalacaq. Belə anlaşılır ki, insanları “narkotik istifadə etmə azadlığı ilə baş-başa qoymaq” seçimi çox yanlışdır. Əksinə, burada Çin modelinə üstünlük vermək ağıllı seçim olardı. Çin modelində narkotik istifadəçiləri “ya həbsə, ya məcburi reabilitasiyaya” seçimi qarşısında qoyulur. Bir dəfə müalicə olunub, yenidən narkotikə qayıdan şəxslər isə məcburi əmək koloniyalarına göndərilir. Bu sferada belə bir fikir hökm sürür ki, əmək insanı islah edir. Əslində bu fikridə həqiqət var. 

Stopnarkotik.az