Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ölkədə yaşayış icazəsi almaq üçün saxta sənədlər hazırlayan cinayət şəbəkəsi aşkar edib.
Stopnarkotik.az xəbər verir ki, işlə bağlı bir Türkiyə vətəndaşı və üç Gürcüstan vətəndaşı həbs edilib. Təqsirləndirilən şəxslər Gürcüstanda yaşayış icazəsi almaq üçün Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyinə təqdim etməli olan 16 Türkiyə vətəndaşı üçün saxta sənədlər hazırlayıblar.
İstintaq müəyyən edib ki, mühasib, tərcüməçi və bir neçə şirkətin digər işçiləri direktorlarının şəxsi məlumatlarından onların xəbəri olmadan istifadə edib və onların adından Türkiyə vətəndaşları üçün saxta əmək müqavilələri bağlayıblar. Həbs olunanlar üç ilə qədər həbs cəzası ilə cəzalandırılacaqlar.
Stopnarkotik.az