Rusiyanın Sankt-Peterburq şəhər limanında 12 milyard rubl dəyərində ən böyük narkotik partiyası müsadirə olunub. 820 kq qadağan olunmuş narkotik bananların arasında gizlədilib.
Stopnarkotik.az xəbər verir ki, FSB və Rusiya gömrüyü, Cənubi Amerika narkokartelinin narkotik partiyası göndərməsi ilə bağlı məlumat alıb və konteynerləri diqqətlə yoxlamağa başlayıb. Yük təhlükəsizlik qüvvələri ilə birgə xidməti itlər tərəfindən yoxlanılıb.
Banan olduğu iddia edilən bağlamalardan birində 820 briket kokain tapılıb. Bu, bu il ələ keçirilən ən böyük narkotik partiyasıdır.
Stopnarkotik.az