Televizor təmirinə gələn ustadan dəhşətli əməl: 4 NƏFƏRİN BAŞINI... - FOTO

Televizor təmiri üçün çağırılan usta ev sahibinə şok yaşadıb.

Stopnarkotik.az xəbər verir ki, dəhşətli hadisə Türkiyənin Aydın şəhərində baş verib.

Hadisəyə səbəb ev sahibi ilə usta arasında yaranan mübahisə olub. Əsəbiləşən usta çəkiclə evdəkilərə hücum edib, 1-i uşaq olmaqla 4 nəfəri yaralayıb.

Yaralananlar kəllə sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.