İranın ali rəhbərliyi Omanda keçiriləcək nüvə danışıqlarının növbəti raundu öncəsi İsrailin hücumunu gözləmirdi və buna görə ölümcül səhvlərə yol verdi. Bu barədə “The New York Times” yazır.
Nəşrin məlumatına görə, bir çox yüksək rütbəli hərbçilər və məmurlar hücum gecəsi təhlükəsizlik tədbirlərinə məhəl qoymadan və qorunan sığınacaqlara sığınmayıb, gecəni evdə keçiriblər. Böyük itkilərin səbəblərindən biri də bu olub.
Ayrı-ayrılıqda SEPAH Hərbi Hava Qüvvələrinin komandanı Hacızadənin taleyüklü səhvi vurğulanır. O, bir yerə toplaşmaq qadağasını pozaraq Tehrandakı hərbi bazada ali komandanlıqla təcili iclas keçirib. İsrailin dəqiq zərbəsi nəticəsində bütün iştirakçılar məhv edilib.
Ümumilikdə, İsrailin əməliyyatı ən azı 15 şəhərə təsir edib, raket bazaları, hava hücumundan müdafiə sistemləri məhv edilib və Natanzdakı nüvə obyektinin yerüstü hissəsi zədələnib.
Stopnarkotik.az